Hoşgeldiniz
Giriş / Qeydiyyatdan keç

Arvadını Qardaşı ilə Tutan Ər onu baltalayıb Öldürdü. Biz hara gedirik?

Teşekkürler! Arkadaşlarınıza da önerin!

URL

Bu videoyu beğenmediniz. Dikkate alacağız!

Sorry, only registred users can create playlists.
URL


Ekleme Tarihi by Admin - Bölmələr: Maraqlı
148 İzlenme

Açıklama

8 illik evlilikləri ərzində ər-arvad arasında nə bir dava-dalaş, nə də söz-söhbət olmayıb. Ailə başçısının 25 il Rusiyada yaşayan ögey qardaşı ötən il Azərbaycana deportasiya edilib, Qubaya - ata yurduna qayıdandan sonra isə onların qara günləri başlayıb, münaqişələr adi hala çevrilib. Bir yandan mülk üstündə davalar, digər tərəfdən isə ögey qardaşının onun arvadı ilə isti münasibətlər qurmasından şübhələnən Murad Ələsgərov çıxış yolunu üç uşağının anası – Ulduz Ələsgərovanı öldürməkdə görüb...

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə ittiham olunan Quba rayon sakini, 31 yaşlı Murad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

7news.Az-ın Virtualaz.org-a istinadən verdiyi məlumata görə, prosesə hakim Ənvər Seyidov sədrlik edib.

İttihama görə, Murad Ələsgərov həyat yoldaşı Ulduz Ələsgərovanın onlarla eyni evdə yaşayan ögey qardaşı Şeyda Ələsgərovla yaxınlıq etməsindən şübhələnib. Arvadını ögey qardaşına qısqanan ər onu öldürmək qərarına gəlib. O, bu ilin may ayının 20-də səhər saatlarında tövlədə inək sağan Ulduza yaxınlaşaraq baş nahiyəsindən ona ardıcıl zərbələr endirib.

"Onların münasibətlərindən şübhələnmişdim”

Təqsirləndirilən şəxs qismində dindirilən Murad Ələsgərov elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində həyat yoldaşı, üç azyaşlı övladı, anası ilə bir evdə yaşadığını, təsərrüfatla məşğul olduğunu göstərib: "Arvadım Ulduzla münasibətimiz əvvəllər yaxşı idi, ailəmizdə söz-söhbət olmazdı. Təxminən bir ildir ki, Rusiyadan deportasiya olunan ögey qardaşım Şeyda bizimlə bir yerdə yaşayır. Şeydayla aramızda mübahisələr düşürdü. Hətta bir dəfə məni yumruqla vurdu”.

Təqsirləndirilən şəxs ifadəsində arvadı ilə ögey qardaşı arasında isti münasibətlərdən şübhələndiyini, onları güdməyə başladığını deyib: "Aprelin 11-də axşam tərəfi Ulduz eyvanda qab yuyurdu. Şeyda çöldən "kim var orda?” deyə soruşdu. Ulduz ona cavab vermədi. Mən otağa keçəndən sonra Ulduz da arxamca gəldi, Şeyda da öz otağına keçdi. Ulduzdan Şeydaya niyə cavab vermədiyini soruşduqda susdu. O vaxtdan bəri onların arasında münasibət olmasında şübhələnmişdim”.

"Hər ikisini izləməyə başladım”

M.Ələsgərov o gündən sonra qardaşı ilə arvadını güdməyə, onların hər hərəkətini izləməyə başlayıb: "İzlədiyimi başa düşmüşdülər, bir müddət nəzərəçarpan hərəkət etmədilər. Hadisədən üç-dörd gün əvvəl onları güdmək məqsədilə küçəyə getmək görüntüsü yaradaraq evin arxasındakı samanlığın arxasında gizləndim. Şeyda Ulduza nəsə dedi, eşitmədim, dəqiq nə dediyini bilmədim. Bundan sonra qapı açıldı, Şeyda həyətə çıxdı, təxminən on dəqiqə sonra Ulduz da həyətə çıxdı. Samanlığın nəfəsliyindən baxanda Ulduzun tövlənin arxasına tərəf getdiyini gördüm. Şeydanın harada olduğunu öyrənmək məqsədilə gizləndiyim yerdən çıxıb tövlənin qabağına sarı getdim. Şeyda çəpərin yaxınlığında məni görüb birtəhər oldu, geri dönüb küçəyə tərəf getdi”.

"Arvadım taxtın üstündə halsız uzanmışdı”

Qətl hadisəsindən iki gün əvvəl yenə də qardaşı ilə arvadını güdən M.Ələsgərov qəti olaraq Ulduzu öldürməyi qərara alır: "Günorta saatlarında başqasına məxsus bağ evində işləmək adıyla evdən çıxdım. Şeyda da mənim arxamca küçəyə qədər gəldi. Şeyda görməsin deyə, dağa sarı gedib başqa yoldan fırlanıb qonşunun bağına keçib ağaca çıxdım və həyətimizə baxdım. Nə Şeydanı, nə Ulduzu eyvanda görmədim. Ağacdan düşüb qaça-qaça samanlığa gəlib baxdım. Orda olmasalar da, qapı açıq idi. Evə gələndə gördüm Şeyda balkonda dayanıb, Ulduz isə taxtın üstündə halsız uzanıb. Evin arxasından qapını kim açdığını soruşdum, Ulduz cavab vermədi”.

"Hər şeyi aç danış, sabah Quran gətirəcəyəm”

Mayın 19-da axşam saatlarında qonşudan siqaret almaq bəhanəsiylə küçəyə çıxan Murad heç yana getməyib tövlənin üstündə gizlənib: "Bir qədər sonra Şeyda gəlib tövlənin qabağında dayandı. Ulduz tövlədən çıxıb toyuq hininin qapısını bağladı. Şeyda hinin qabağından aşağıya düşərkən Ulduza "gəl bura” dedi. Amma Ulduz tövlədən süd vedrəsini götürüb evə keçdi. Evə gəlib Ulduzdan Şeydanın ona nə dediyini soruşdum. Ulduz "eşitmədim” deyə cavab verdi. Aramızda mübahisə düşdü. Dedim ki, sabah Quran gətirəcəyəm, özünü yığışdır, hər şeyi aç danış, yoxsa səni boğub öldürərəm”.

"Onu öldürməməyim üçün yalvarırdı”

Arvadının ona xəyanət etməsindən şübhələnən M.Ələsgərov namusunu təmizləmək üçün Ulduzu öldürmək qərarına gəlib. O, sübh tezdən tövlədə inək sağan arvadına yaxınlaşaraq baltayla çiynindən zərbə endirib. Əri ilə əlbəyaxa olan qadın müqavimət göstərib, baltanı əlindən almağa müvəffəq olsa da, ölümün pəncəsindən qurtula bilməyib. Hadisə yerində olan azyaşlı qızcığaz ata-anasının dalaşdıqlarını görüncə tövlədən çıxaraq evə qaçıb. Murad qadının boğazından yapışaraq boğmağa başlayıb. Ulduz yenə də müqavimət göstərdikdə yerdən götürdüyü daşla onun başına zərbə endirib.

Yorum Yazın

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu siz yapın.

RSS