Hoşgeldiniz
Giriş / Qeydiyyatdan keç

Kasıb olduğu üçün evlilik təklifini rədd etdi - 10 il sonra oğlanla görüşəndə.. - OLMUŞ HADİSƏ

Teşekkürler! Arkadaşlarınıza da önerin!

URL

Bu videoyu beğenmediniz. Dikkate alacağız!

Sorry, only registred users can create playlists.
URL


Ekleme Tarihi by Admin - Bölmələr: Maraqlı
3,621 İzlenme
loading...

Açıklama

\"Demədi Demə\" kanalı Bahadur Seyidova məxsusdur.
Facebook - profili - https://www.facebook.com/BahadurQobustan
İnstagram - https://www.instagram.com/bahadurqobustan/
Video içi reklamları üçün əlaqə - 0553624969
(Diqqət! bu nömrəyə yalnız reklam üçün müraciət edə bilərsiniz.)

Demədi Demə kanalına abunə olmağı unutmayın. Hər həftə sizə daha maraqlı videolar təqdim edəcəyik.

Kasıb olduğuna görə sevdiyi qadın onunla evlənmədi... O isə 10 il sonra sevdiyi qadını elə təəccübləndirdi ki...
Düz 10 il əvvəl Kasıb oğlan varlı bir qızı sevirdi. Bir gün cəsarətini toplayıb qıza evlənmə təklifi etdi. Həyat onun xəyallarını əzizləmədi... Qız oğlanın təklifini rədd etdi. Səbəbini açıqca söylədi. Dedi ki, kasıb və az maaş alan bir oğlan onu istədiyi kimi yaşada bilməz. Qız kasıb və varlının bir ailə olmasının gülünc görünəcəyini söyləməkdən də çəkinmədi.
Xəyalları puç olan oğlan həmin günü heç unuda bilmədi...
Bu əhvalatdan düz 10 il sonra həmin qızla oğlan ticarət mərkəzində qarşılaşır. Qız oğlanı görən kimi tanıyır, yaxınlaşıb ondan hal-əhval tutur. Sonra da ərə getdiyini, ərinin maaşının ayda 17 min dollar olduğunu qürurla söyləyir. Oğlandan onu unudub-unutmadığını da kinayə ilə soruşur. Oğlan qızın ona hələ də yuxarıdan aşağı baxdığını görüb susmağa üstünlük verir. Elə bu vaxt qızın əri də onlara yaxınlaşır. Qız ağzını açmadan əri söhbətə başlayır:
-Əzizim, elə istəyirdim ki, sizi tanış edim. Tanış ol, bu, mənim müdirim cənab Karlosdu. Hazırda onun 150 milyon dollarlıq layihəsi üzərində işləyirik.
Eşitdiklərindən təəccüblənən qız nə edəcəyini bilmir. Vəziyyəti belə görən Karlos təcili işi olduğunu söyləyib ordan uzaqlaşır. Qız haçannan haçana özünə gəlib ərindən Karlos barədə soruşur. Əri də bildiklərini danışır:
-Keçmişdə bir qızı çox sevib. Evlənmə təklifi edib. Kasıb olduğu üçün qız onunla evlənməyib. Bu hadisə ona çox pis təsir edib. Gecə-gündüz dayanmadan çalışıb və varlanıb. İndi də milyard dollarla dəyəri ölçülən bir şirkətin sahibidir. Həmişə deyir ki, kasıb olduğum üçün sevdiyim qız mənə ərə gəlmədi... O qızı heç unutmayıb. Hələ də subaydır, heç kimlə evlənmir. Həmin qız Karlosun indi kim olduğunu bilsə, Allah bilir nə düşünərdi. Görəsən, Karlosun gələcəkdə varlanacağını bilsə təklifini qəbul edərdimi?
Ərinin söylədikləri qarşısında nə deyəcəyini bilməyən qız donub qalır...
Həyat çox qısa və güzgü kimidi. Güzgüdə daim əks olunanı görürsünüz. Unutmayın ki, həyat qısa olduğundan hər şey də qısa vaxt ərzində dəyişir. Odur ki, hər zamanın öz hökmü var sözünü düşünün.... Verdiyimiz qərarların zamandan asılı olduğunu da unutmayın..

Yorum Yazın

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu siz yapın.
RSS