Pişiklər yüksəklikdən düşəndə niyə ölmür? Maraqlı Faktlar Əsasında
Hoşgeldiniz
Giriş / Qeydiyyatdan keç

Pişiklər yüksəklikdən düşəndə niyə ölmür? Maraqlı Faktlar Əsasında

Teşekkürler! Arkadaşlarınıza da önerin!

URL

Bu videoyu beğenmediniz. Dikkate alacağız!

Sorry, only registred users can create playlists.
URL


Ekleme Tarihi by Admin - Bölmələr: Maraqlı
128 İzlenme

Açıklama

Edison "hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir" deyəndə bəlkə bir az ifrata varırdı.

Xanim.az-a xəbər verir ki,Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan "Cahilliklər kitabı" (The Book of General İgnorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.

Bu kitabdan seçmələri təqdim edirik:

Pişiklər neçənci mərtəbədən düşsələr sağ qalarlar?

30-cu mərtəbədən, ya da daha yüksəkdən düşüb sağ qalan pişiklər haqqında faktlar var. 46-cı mərtəbədən düşən bir pişik sağ qalıb. Təyyarədən qəsdən atılan pişik də sağ-sağlam qalıb.

Yeddinci mərtəbədən yüksək heç bir mərtəbədən düşmək pişiklər üçün ölümə yol açmır. Yetər ki, oksigen kifayət eləsin. Pişiklərin sürət həddi saatda 100 km-ə qədərdir. Yüksəklikdən aşağı düşəndə havada yayılır, ayaqları paraşüt kimi açılır, yavaşca torpağa enirlər. Xırda-para yaranı çıxmaq şərti ilə elə ciddi xəsarət almırlar.

1987-ci ildə Amerika jurnallarının birində (Journal of the American Veterinay Medical Association) yayımlanmış məqalədə Nyu-Yorkdayüksək mərtəbələrdən düşmüş 132 pişik araşdırılmışdı. Pişiklərin çoxu ciddi yaralar alsa da, demək olar, hamısı sağ qalmışdı. Statistikaya görə, yeddinci mərtəbəyə qədər olanlarda yaralanma riski artır. Yeddinci mərtəbədən daha yüksək mərtəbələrdə isə bu risk getdikcə azalır. Başqa sözlə desək, pişiklər nə qədər yüksəkdən düşərlərsə, yaşamaq şansı o qədər çox olar.

İnsanlarda da bu hallar müşahidə olunub. 1972-ci ildə terrorçular tərəfindən partladılan bir təyyarədən canını qurtaran Vesna Vulovic bunların arasında ən məşhurudur. Digəri isə pilot Nikolas Alkamadedir. O, 1944-cü ildə 5800 metrlik yerdən tullanmışdır.

Vesna Vulovicin hər iki ayağı qırılsa da, onurğası zədələnsə də sağ qalmışdı.

Nikolas Alkamadeni isə ölümdən xilas edən şam ağacı və qar yığını olub. Şam ağacı və qar yığını onun düşmə sürətini azaltmışdı və qəribə də olsa, pilot heç yaralanmamışdı da. Yerə düşəndən sonra bir siqaret də çəkmişdi...pia.az

Yorum Yazın

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu siz yapın.

RSS