Hoşgeldiniz
Giriş / Qeydiyyatdan keç

Yolun Hərəkət Hissəsinə Çıxan Sərnişinlər Sürücünü Özündən Çıxartdı // Bakubus 08.02.

Teşekkürler! Arkadaşlarınıza da önerin!

URL

Bu videoyu beğenmediniz. Dikkate alacağız!

Sorry, only registred users can create playlists.
URL


Ekleme Tarihi by Admin - Bölmələr: Maraqlı
6 İzlenme
loading...

Açıklama

İctimai nəqliyyatın təhlükəsiz və rahat fəaliyyətini təmin etmək üçün vacib olan şərtlərdən biri də bu xidmətdən istifadə edən sərnişinlərin qoyulan tələblərə və qaydalara əməl etməsi ilə bağlıdır. Elə buna görə də uzun müddətdən bəri “BakuBus” avtobuslarının salonunda sərnişinlər üçün təhlükəsizlik və davranış qaydaları fasiləsiz olaraq səsləndirilməkdədir. Ancaq təəssüf ki, buna baxmayaraq hələ də bəzi sərnişinlərimiz hər gün həmin anonslarda səsləndirilən qaydaları pozmaqda israr edirlər. Qaydalara görə sərnişinlər avtobusu gözləyərkən yolun hərəkət hissəsinə çıxmamalıdır.Bu sərnişinlərin həyatı üçün təhlükə yaratmaqla yanaşı həm də avtobusun dayanacağa normal daxil olmasına və çıxmasına ciddi maneə yaradır.

Təqdim olunan videogörüntüdə sərnişinlərin avtobusun hərəkət zolağına çıxması, öz həyatlarını təhlükə altına atmaları və sərnişinin sürücünü günahsız yerə təhqir etməsi əks olunur.

Hadisə 08.02.2018-ci il tarixində saat 17:41 radələrində 5 saylı marşrut xətti üzrə N.Nərimanov m/s-dan 20-ci sahə istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JX-221 dövlət qeydiyyat nişanlı avtobusun Dəmir yolu vağzalı dayanacağına yaxınlaşarkən baş verib.

Videogörüntüdən aydın olur ki, avtobusun hərəkət zolağına çıxan sərnişinlər öz həyatlarını təhlükəyə atmaqla yanaşı avtobusun dayanacağa daxil olmasına maneə yaradır, hətta bir sərnişinlər avtobusun guya onların üzərinə sürüldüyünü iddia edərək sürücünü təhqir edir.
Bu cür hallar avtobusun sünü şəkildə dayanacaqda ləngiməsinə, öz zolağında hərəkət imkanlarını məhdudlaşdırmasına, sürücülərdə stress vəziyyətinin yaranması ilə yanaşı bədbəxt hadisələrə də gətirib çıxara bilər.
Bir daha sərnişinlərimizi qaydalara əməl dəvət edir, onları avtobusun hərəkət zolağına çıxmamağa, təhlükəsizlik və davranış qaydaılarına əməl etməyə çağırırıq.

Yorum Yazın

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu siz yapın.
RSS