Ə.İNSANOV "TAPILAN" QIZIL KÜLÇƏLƏR HARADADIR?

40 Views
Published
Yeni maraqlı canlı müsahibə BAX və PAYLAŞ https://youtu.be/kN-W8qF_O50 DƏSTƏK ÜÇÜN videolarımızı BƏYƏN ! və OBYEKTİV TVyə ABUNƏ OL

Keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesi hər dəfə onun şikayətlərini jurnalistlərə və digər şəxslərə çatdırmaq imkanlarının məhdudlaşdırılması şəraitində baş verir. Əgər əvvəllər Əli İnsanov zala daxil olarkən məhkəməyə gələnlərlə danışa bilirdisə, fevralın 21-də bu imkandan da məhrum edilib.

Bu günki prosesdə İqtisadiyyat nazirliyinin aparat rəhbəri Samir Vəliyev və maliyyə idarəsinin keçmiş rəisi Rüstəm Əliyev ifadə veriblər.

Onlar səhiyyə nazirliyində obyektlərin özəlləşdirilməsinin qanuniliyi haqqında yoxlama aktı imzalmaqla yanaşı öz qeydlərini də ediblər. Həmin qeyddə obyektlərin qiymətlərilə birbaşa nazirin özünə tabe olan Özəlləşdrimə Departamentinin məşğul olduğu bildirilir.

Ə.İnsanov "Xəzinəyə özəlləşdirmədən cəmi 500 milyon manat daxil olub, bəs 30 milyard manat hara gedib"- deyən kimi hakim mikrafonu söndürüb. Sonra Əli İnsanovun vəkilləri Dövlət əmlak komitəsinin sədri Kərəm Həsənovun, səhiyyə naziri Oqtay Şirəliyevin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin, PA-nın şöbə müdiri Fatma Abdullazdənin məhkəməyə çağırılması ilə bağlı vəsatət qaldırıblar. Əli Insanov qeyd edib ki, Səhiyyə nazirliyi obyektlərini satışa Kərəm Həsənov çıxarıb, O.Şirəliyev isə pulları onun müəllifi olduğu kitabın çapı üçün köçürüb. O həmçinin evindən "tapılan" və televiziya ilə nümayiş etdirilən qızıl külçələrinin harada olması barədə MTN-ə sorğu ünvanlayıb.

Daha sonra Ə.İnsanov həbsindən yalnız ilyarım sonra ona qarşı iqtisadi cinayətlərə dair ittiham irəli sürüldüyünü, bu müddət ərzində qanunsuz olaraq həbsdə saxlandığını və bu məsələnin Avropa məhkəməsində də təsdiqini tapdığını söyləyib. Fasilədən sonra dövlət ittihamçısı çıxış edib. Prokuror hökmün dəyişdirilmədən saxlanmasını istəyib. Proses fevralın 25-də davam edəcək.
Category
Maraqlı
Be the first to comment