Ağcabədidə iki yeni məktəb binası istifadəyə verildi

65 Views
Published
Bilik günü ərəfəsində Ağcabədi rayonunda 696 şagird yerlik iki yeni məktəb binası istifadəyə verilib.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, uzun illərdir çətin şəraitdə təhsil alan şagirdlər artıq yeni tədris ilində müasir tipli və bütün avadanlıqlarla təchiz olunmuş məktəb binasında təhsil alacaqlar.

Rayon ərazisində istifadəyə verilən təhsil ocaqları şəhid Hamlet Məmmədovun adını daşıyan Qaradolaq kənd 1 nömrəli və Əlfi Məmmədov adına Salmanbəyli tam orta məktəbləri üçün inşa edilib. Yeni binaların açılışı münasibətlə keçirilən mərasimlərdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Milli Məclisin deputatı Tahir Rzayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, ictimaiyyət nümayəndələri, təhsil işçiləri, valideynlər və kənd sakinləri iştirak edib.

Qaradolaq kənd 1 nömrəli tam orta məktəbi üçün inşa edilən bina 264 şagird yerlikdir. Müasir standartlara uyğun inşa edilən ikimərtəbəli yeni məktəb binası, sinif otaqları və fənn kabinetləri ilə yanaşı, kompüter, texnologiya otaqları, laboratoriyalar, kitabxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Binalarda müasir istilik və müşahidə sistemləri quraşdırılıb.

Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbi üçün inşa edilən bina 432 şagird yerlikdir. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müəllim, şagird və valideynləri yeni məktəb binalarının istifadəyə verilməsi münasibətilə təbrik edib: “Bilirsiniz ki, Azərbaycanda məktəb tikintisinə Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi ilə başlanıb. Son 15 ildə 3200 yenidən təmir olunub, əlavə məktəb tikilib. Yeni tədris ilində 48 məktəb binası şagird və müəllimlərin ixtiyarına verilib. 2019-cu ilin sonunadək isə 80-ə yaxın məktəb binasının tikintisi başa çatacaq”.

Açılış mərasimində çıxış edən müəllim və şagirdlər, eləcə də kənd sakinləri təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.


Rəsmi saytımız
https://www.apa.tv

APA TV onlayn xəbər agentliyinin rəsmi YouTube kanalı
https://www.youtube.com/APATVOfficial

Facebook səhifəmiz
https://www.facebook.com/tvapaxeber

İnstagram səhifəmiz
https://www.instagram.com/apatvofficial_

Twitter səhifəmiz
https://twitter.com/APATVRESMI


Video Adı: Ağcabədidə iki yeni məktəb binası istifadəyə verildi
Video Link: https://youtu.be/rzWRlvM2E2s

apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2019 son xeberler 2019 son xeberler bugun 2019 yeni xeberler 2019 en son xeberler 2019 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberin yox xeberler 2019 xeberin olsun xeber var xeber az xeber movqeyi xeberler 2019 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2019 yeni xeberler azerbaycan

#apatv #apaaz #apaxeber #apasonxeber #xeberler
Be the first to comment