Azərbaycanda əmək bazarının təhlili - 2020

 

Ölkəmizdə ən çox hansı sahələrdə iş elanları qoyulur və trendlər hansıdır? Suala daha düzgün, dəqiq cavab tapmaq üçün əmək resurslarını analiz etmək lazımdır ki, bu sahədə ən yaxşı mənbə kimi işaxtarma saytlarıdır. Son dövrdə nələri görə bilərik?

Koronavirus periodu olduğuna görə ofisiant işləri, otellərdə xidmət, hostess kimi işlərə tələbat azalıb. İndi əksinə, işi itirməmək daha vacib sayılır. Odur ki, əvvəllər belə işlər çox olsa da (barmen, barista, otel təmizlikçisi, resepşn və s.), indi onlar demək olar ki, “quruyub”.

Ən böyük kadr axını (ruslar buna текучка deyir) təbii ki, təhsil kurslarındadır. Ora müəllimlər tez işə düzəlir, tez də işdən çıxırlar. Yəqin buna görədir ki, xarici dili öyrənmək üçün vakansiyalar dəbdə olur. Əsasən də ingilis dili müəllimləri, İELTS, TOEFL instruktorlar çox axtarılır.

Baxmayaraq ki, tibb sahəsinə böyük tələbat var və bölgələrdə həkim qıtlığı var, niyə görəsə həkimlər və təbabət sektoruna aid işlər (tibb bacısı, sanitarka, baytar, stomatoloq və s.) az qoyulur. Klinikalar çox vaxt hazır, təcrübəli işçini götürməyə daha çox üstünlük verir nəinki elan yerləşdirməyə.

Marketinq və reklam işləri təbii ki, ölkədə ən çox axtarılan, ən çox rəqabət olan sahədir. Yerindən duranın SMM menecer, marketinq menecer olduğu bir yerdə təbii ki, vakansiyaların çoxluğu bu sektora aiddir. PR (public relations), media planlaşdırma bir oq dəər də populyar deyil, amma adi bazarlama mütəxəssisləri, supervayzerlər, brend-menecerlər çox iş axtarır və bəlkə buna görə də, oraya aid çox iş qoyulur.

Azərbaycana bir ölkə kimi ən çox hansı sahə vacibdir? Təbii ki, sənaye (hasilat, emaledici) və kənd təsərrüfatı. Çünki ölkənin ixrac potensialı olan sahələr bunlardır. Biz pambıq, fındıq, meyvə, pomidor və digər tərəvəzlər ixrac ediriksə, təbii ki, kənd təsərrüfatına xeyli işçi lazımdır. Amma iş elanı azdır. Çünki kəndlərdə çox vaxt yaxın ərazidə olanları, tanış-bilişi, qohum-qonşunu işə götürməyə üstünlük verirlər.

Biz qızıl, gümüş, dəmir filizi, yod, polimetal hasil edir, Gəncədə alümunium zavodu işlədirik. Hanı bizim sənayemizə hava-su kimi lazım olan ustalar, texnoloqlar, sənayenin avtomalaşdırılması üzrə mütəxəssislər? Politexnik İnstitutun, Neft Akademsiyasının, BDU-nun müvafiq məzunları niyə işə düzəlmir? Çünki zavodlarımız da müasir tələblərə cavab verir, düzgün işçi seçə bilmir. Odur ki, Sənaye və kənd təsərrüfatı vakansiyaları lazım olduğundan azdır.

Mühasiblər, xəzinədarlar, maliyyəçilər, operatorlar, bank işçiləri şəhər əhalisinin vacib bir hissəsini təşkil edir. Amma maliyyə-mühasibat işləri də bir qədər azalıb.

İnformasiya texnologiyaları, telekom, İT, proqramlaşdırma təbii ki, modanın önündə gedir və bu sahədə vakansiyalar çoxdur. Getdikcə onların sayının artacağını da proqnoz etmək çətin deyil.

 

Sonda onu deyə bilərik ki, ölkənin əmək bazarı daha müasirləşməli, modern dünyanın tələblərinə cavab verməlidir. Həm iş axtaranlar, həm də işəgötürənlər bu sahəyə ciddi fikir verməlidir.

Be the first to comment

Related Articles

Latest Articles

  • Azərbaycanda əmək bazarının təhlili - 2020
    Azərbaycanda əmək bazarının təhlili - 2020
    Ölkəmizdə ən çox hansı sahələrdə iş elanları qoyulur və trendlər hansıdır? Suala daha düzgün, dəqiq cavab...
  • Qazan kotleti resepti
    Qazan kotletiüçün ərzaqlar: 500 q çəkilmiş ət 3 ədəd baş soğan 4-5 ədəd kartof 2 ədəd şirin bibər 3...
  • Allahın adlari
    1. ALLAH — bütün gözəl sifətləri özündə ehtiva edən2. ƏL-VAHID — yeganə3. ƏL-ƏHƏD —...
  • Arıqlamağın yollari
    Arıqlamağın yollari
    Arıqlamaq məqsədilə tətbiq edilən və müsbət nəticə ilə yekunlaşan bütün proqramlarda 2 əsas qanunauyğunluq...
  • Dahi insanların ikinci sənəti
    Dahi insanların ikinci sənəti
    Böyük fantastika yazıçısı Jül Vern eyni zamanda 4000-ə qədər müxtəlif tapmaca, bilməcə və başqa...

Most Popular

  • “Əxlaqi dəyərləri yüksək qadınam”
    “Əxlaqi dəyərləri yüksək qadınam”
    Türkiyəli sənətçi Aşkın Nur Yengi İnstaqram səhifəsində sərt fikirlər yazıb. Axşam.az saytı onun fikirlərini...
  • Allahın adlari
    1. ALLAH — bütün gözəl sifətləri özündə ehtiva edən2. ƏL-VAHID — yeganə3. ƏL-ƏHƏD —...
  • Qazan kotleti resepti
    Qazan kotletiüçün ərzaqlar: 500 q çəkilmiş ət 3 ədəd baş soğan 4-5 ədəd kartof 2 ədəd şirin bibər 3...
  • Dahi insanların ikinci sənəti
    Dahi insanların ikinci sənəti
    Böyük fantastika yazıçısı Jül Vern eyni zamanda 4000-ə qədər müxtəlif tapmaca, bilməcə və başqa...