Yaşam

  • Allahın adlari

    1. ALLAH — bütün gözəl sifətləri özündə ehtiva edən
    2. ƏL-VAHID — yeganə
    3. ƏL-ƏHƏD — bənzərsiz
    4. ƏS-SAMƏD — ehtiyacsız
    5. ƏL-AXİR — hər şeydən sonra mövcud olacaq
    6. ƏS-SƏMİ — hər şeyi eşidən
    7. ƏL-BƏSİR — hər şeyi görən (haqq-nahaqq)
    8. ƏL-QƏDİR — hər şeyə qüdrəti çatan
    9. ƏL-ƏVVƏL — hər şeydən əvvəl mövcud olmuş
    10. ƏL-QAHİR — zalımları qəhr edən
    11. ƏL-ƏLİYY — yüksək, uca
    12. ƏL-Ə'LA — ən yüksək, ən uca
    13. ƏL-BAQİ — əbədi, daimi, qaları
    14. ƏL-BƏDİ — həmişə ixtira edən
    15. ƏL-BARİ — yaradıcı
    16. ƏL-ƏKRƏM — ən kəramətli
    17. ƏZ-ZAHİR — aşkarda olan (yaxud aşkardakıları bilən)
    18. ƏL-BATİN — gizlində olan (yaxud gizlindəkiləri bilən)
    19. ƏL-HƏYY — diri
    20. ƏL-HƏKİM — çox hikmətli
    21. ƏL-ƏLİM — hər şeyi bilən, çox elmli
    22. ƏL-HƏLİM — çox mülayim
    23. ƏL-HƏFİZ — ən yaxşı qoruyucu, mühafizəçi
    24. ƏL-HƏQQ — həqiqət
    25. ƏL-HƏSİB — hər şeyi hesaba alan
    26. ƏL-HƏMİD — həmd edilən (yaxud həmdə layiq)
    27. ƏL-HƏFİYY — öz yaratdıqlarını çox sevən
    28. ƏN-NUR — nur
    29. ƏR-RƏBB — bəsləyən, pərvəriş edən
    30. ƏR-RAHMƏN — çox mərhəmətli
    31. ƏR-RƏHİM — həmişə mərhəmətli
    32. ƏR-RƏUF — mehriban, şəfqətli
    33. ƏR-RAİ — hər şeyi görən
    34. ƏR-RƏQİB — nəzarətçi, keşikçi
    35. ƏZ-ZARİ — yaradan (yaxud bəndələrinin aqibətini müəyyən edən)
    36. ƏS-SƏLAM -hər təhlükədən salamatlığa çıxaran, əmin-amanlıq və salamatlıq verən
    37. ƏR-RƏZZAQ (ƏR-RƏZİQ) — ruzi verən
    38. ƏL-MÖ'MİN — iman bəxş edən (yaxud iman bəslənilən)
    39. ƏL-MÜHƏYMİN — himayə edən
    40. ƏL-ƏZİZ — çox izzətli
    41. ƏL-CƏBBAR — zalımlara əziyyət verən
    42. ƏL-MÜTƏKƏBBİR — məqamı uca tutulan, böyüdülən
    43. ƏS-SƏYYİD — ağa, başçı
    45. ƏŞ-ŞƏHİD — hər şeyə şahid olan və nəzarətçi olan
    46. ƏS-SADİQ — sədaqətli, doğrucul
    47. ƏT-TAHİR — pak, saf
    48. ƏL-ĞƏNİYY — ehtiyacsız, varlı
    49. ƏL-ĞİYAS — köməkçi
    50. ƏL-FATİR — yaradan, vucuda gətirən
    Allahin adlari 99 ad
    51. ƏL-FƏRD — tək, yeganə
    52. ƏL-FƏTTAH — çətinlikləri həll edən
    53. ƏL-FALİQ — dan yerini yaran, parçalayan
    54. ƏL-QƏDİM — əzəli, olmadığı zaman təsəvvürə gəlməyən
    55. ƏL-MƏLİK — mülk sahibi
    56. ƏL-QÜDDUS — müqəddəs
    57. ƏL-QƏVİYY — çox qüvvətli
    58. ƏL-QƏRİB — çox yaxın
    59. ƏL-QƏYYUM — dayanıqlı, sarsılmaz, sabit
    60. ƏL-QABİZ — sıxan, canları alan, və ya qəbz edən
    61. ƏL-BASİT — açıb sərən və ya səxavətli
    62. QAZİYUL-HACAT — hökm verən, ehtiyacları həll edən
    63. ƏŞ-ŞAFİ — şəfa verən, sağaldan
    64. ƏL-MƏCİD — şan-şöhrətli, əzəmətli, ulu
    65. ƏL-VƏLİYY (ƏL-MÖVLA) — dost (ağa, sərvər)
    66. Əl-LƏTİF — lütf edən
    67. ƏL-MƏNNAN — bəndələrinə çox ehsan edən
    68. ƏL-MÜHİT — hər şeyi əhatə edən
    69. ƏL-MÜBİN — hər şeyi bəyan edib aşkarlayan
    70. ƏL-MÜQİT (ƏL-MÜĞİS) — ruzi verən (dada yetişən, yardımçı)
    71. ƏL-MUSƏVVİR — hər şeyi formaya salan
    72. ƏL-KƏRİM — çox kəramətli
    73. ƏL-KƏBİR — çox böyük
    74. ƏL-KAFİ — kifayət edən, hər şeyə bəs edən
    75. KAŞİFÜZ-ZÜRR — zərərin üstünü açıb ifşa edən
    76. ƏL-VİTR — tək-tənha
    77. ƏL-ƏZİM — əzəmətli
    78. ƏL-VƏHHAB — nemət bağışlayan
    79. ƏN-NASİR — köməkçi, yardımçı
    80. ƏL-VASE — çox əhatəli, geniş
    81. ƏL-VƏDUD — bəndələrini çox sevən
    82. ƏL-HADİ — hidayət edən, doğru yol göstərən
    83. ƏL-VƏFİYY — vəfalı, sadiq
    84. ƏL-VEKİL — himayəçi
    85. ƏL-VARİS — qiyamətdə hər şey məhv olduqdan sonra tək qalacaq vücud
    86. ƏL-BİRR — yaxşı sifətlərin sahibi
    87. ƏL-BAİS — qiyamətdə ölüləri dirildəcək zat
    88. ƏT-TƏVVAB — tövbələri qəbul edən
    89. ƏL-CƏLİL — cəlallı
    90. ƏL-CAVAD — səxavətli
    91. ƏL-XƏBİR — hər şeydən xəbərdar olan
    92. ƏL-XALİQ — xəlq edən, yaradan
    93. XEYRUN-NASİRİN — ən yaxşı yardımçı
    94. ƏD-DƏYYAN — hesabat gününün sahibi, hakim
    95. ƏŞ-ŞƏKÜR — şükr edilən (yaxud şükrə layiq)
    96. ƏS-SANE — yaradıcı
    97. ƏL-ƏDL — ədalətli (yaxud ədalətin özü)
    98. ƏL-ƏFÜVV — əfv edən, bağışlayan
    99. ƏL-ĞƏFUR — günahları bağışlayan

    Read more
  • Arıqlamağın yollari

    Arıqlamaq məqsədilə tətbiq edilən və müsbət nəticə ilə yekunlaşan bütün proqramlarda 2 əsas qanunauyğunluq mövcuddur: əlavə əziyyətlər olmadan həyat tərzinin və qidalanma xarakterinin dəyişilməsi. Lakin dəyişilmək üçün müəyyən vaxt tələb olunur ki, bu dövr ərzində tədricən köhnə vərdişlərdən yaxa qurtarmaq lazımdır. Bu zaman səbirli olmaq və tez bir zamanda inanılmaz dəyişikliklər gözləmək mənasızdır.Arıqlamaq üçün dieta və idman hərəkətləri əsas üsullardır.

    • Dietoloqlar «piyləri əridən» adlandırılan məhsullar qrupuna soğan və sarımsağı aid edirlər. Onlar qan dövranını sürətləndirir, damarları təmizləyir, hüceyrələrin qidalanmasını yaxşılaşdırır. Soğan və sarımsağı yedikdən bir saat sonra hüceyrələrdəki maddələr mübadiləsi intensivləşir və piylər əriməyə başlayır.
    • Tərkibində çoxlu miqdarda yod olan dəniz balıqları, kalmar, treska, kambala balıqları qalxanabənzər vəzinin fəaliyyətini stimulə edir və piyləri əridir.
    • Bişmiş kartof orqanizmdəki piyləri parçalayır, qızardılmış kartof isə çəkinin artmasına gətirib çıxarır.
    • Alma sirkəsi nəinki piyləri parçalayır, eləcə də artıq kalorili yeməklər – xüsusilə şirniyyat yeməkdən çəkindirir.
    • Kivinin tərkibində çoxlu C vitamini və flavonoidlər olduğundan piylərin parçalanmasına kömək edir. Təxminən bütün sitrus meyvələrinin tərkibi də bu cürdür. Lakin onların şirəli ləti deyil, daxili ağ qişası zəngindir. Ona görə də portağalı və limonu qabığı ilə birgə yemək xeyirlidir.
    • Razyananın tərkibində elə maddələr vardır ki, bağırsaqlara düşən yağlarla birləşir və onların sorulmasına kömək edir. Bundan əlavə, onun tərkibində kamfora və mixək yağı vardır ki, bu da maddələr mübadiləsini stimulə edir və yağların həll olmasına kömək edir.
    • Piylənmə zamanı portağalın, qreypfrutun, limonun, rozmarinin, küknarın, muskatın, kiparisin, ardıcın efir yağlarından istifadə edilir.


    Əgər aclıq hissi insanı narahat etmirsə, qida qəbul etmək məsləhət görülmür. Artıq çəkili insanlarda qida qəbul etməyin əsas səbəbi yemək üçün darıxmaqdadır. Eləcə də yemək zamanı televizora baxdıqda da çəki artımı baş verir. Çünki bu zaman diqqət həzmə deyil, televizorun ekranına doğru yönəlmiş olur.

    arıq qız olanda daha sevimli olursan

    Bizim əsas düşmənimiz kolbasalarda, sosiskalarda, sardelkada, yağlı pendirlərdə, mayonezdə, yağlı xəmirdə, şokoladda və bütün qızardılmış xörəklərdə olan gizli yağlardır.

    Yadda saxlayın:
    1 qram yağ 9 kilokalori (kkal), 1 q alkoqol – 7 kkal, 1 q zülal və karbohidrat – 4 kkal verir. Ona görə də zehni fəaliyyətlə məşğul olanlar üçün qida rasionu 2000 kilokaloridən yüksək olmamalıdır.

    Arıqlamağın 12 sirri

    "Ac qalmadan, yeyərək arıqlamaq və sağlıqlı qalmaq mümkündürmü?" - deyə düşünürsünüzsə, 12 qızıl məsləhəti gözdən keçirin.

    1. Hər zaman eyni qidalara müraciət etməyin. Gün içində fərqli qidalara da müraciət etmək lazımdır.
    2. Yağı azaldın. Əgər yeməyin, salatın üzərinə yağ tökməkdən xoşlanırsınızsa, o zaman o yağı limon, quru meyvə, ketçap, mayonezlə əvəzləyin.
    3. Alış-verişdə kiçik səbətə müraciət edin. O səbətin içinə az kalorili qidalar qoyun.
    4. Yemək boşqablarının kiçik olması vacibdir. Boşqabın içərisindəki yemək isə mütləq geniş şəkildə qoyulmalıdır.
    5. Ara yeməklərdən vaz keçməyin. Əsasən tərəvəzlərdən istifadə edin.
    6. Əsasən gecələr adət halını almış menyunuzu yarı-yarıya edin. Əvəzinə bol-bol meyvə-tərəvəz yeyin.
    7. Mütəmadi olaraq idman edin.
    8. Fast-fooddan qaçın. Və ya souslar yerinə pomidor, göyərti yeyin.
    9. Harada olursunuzsa-olun, bu məsləhətlərdən mütləq istifadə edin.
    10. Mütəmadi olaraq yeməklərlə bağlı plan qurulmaması da normal kiloda qalmağın ən önəmli nöqtələrindən biridir.
    11. Gün boyunca bolluca su için. Xüsusilə yeməkdən sonra 1-2 stəkan su için.
    12. Mətbəxdə uzun saat keçirməyin.
    Read more
  • Dahi insanların ikinci sənəti

    Böyük fantastika yazıçısı Jül Vern eyni zamanda 4000-ə qədər müxtəlif tapmaca, bilməcə və başqa folklor nümunələrinin müəllifi olmuşdur.

    Aleksandr Porfideviç Borodini (1833-1887) musiqiçilər bəstəkar, elm xadimləri (xüsusilə kimyaçılar) isə bir alim-kimyaçı kimi tanıyır və yaradıcılığını yüksək qiymətləndirirlər. Çünki A.Borodin xarakter və məzmunca bir-birindən çox uzaq olan iki müxtəlif ixtisas: kimya və musiqi sahəsində eyni həvəslə fəaliyyət göstərmiş və görkəmli müvəffəqiyyətlər qazanmışdır.

    Dahi fiziklərdən Eynşteyn böyük məharətlə skripka, Heyzenberq royal çalırdı.

    Qeyri-Evklid həndəsəsinin yaradıcılarından biri olan Y.Bolyan məşhur skripkaçı idi, o 16 yaşında musiqi bəstələmişdir.
    Dahi rus alimi M.V.Lomonosov nəinki böyük kimyagər,fizikaşünas, geoloq olmuş, o həm də tarixçi, dilçi və hətta şair idi.Leonardo da Vinçi rəssam, riyaziyyatçı, mexanik, şair, filosof olmaqla həm də görkəmli həkim və anatom olmuşdur. Rəvayətə görə o, otuzdan çox meyiti şəxsən özü yarıb. Müxtəlif orqanları diqqətlə öyrənmiş, təsvir etmiş və onların şəklini çəkmişdir.
    Lui Paster 1840-cı illərdə humanitar elmlər üzrə alim adını alır. İki il sonra ona riyaziyyat elmləri üzrə bakalavr adı verilir. 1847-ci ildə bir gündə iki dissertasiya müdafiə edir, biri kimya üzrə, digəri fizika üzrə. Ancaq bunlara baxmayaraq, sonralar Paster mikrobiologiya elminin banisi olur. Paster zəhməti çox sevirdi. O, deyirdi: «Dünyada hər şey zəhmətdən asılıdır.»

    Məşhur rus fizioloqu İ.M.Seçenov (1829-1905) ilk təhsilini Mixaylovskoye mühəndislər məktəbində almışdır. İ.M.Seçenov riyaziyyat, kimya və fizikanı yaxşı bilirdi. Seçenovun tibb təhsili ikincidir. Seçenovun «Baş-beyin refleksləri» haqqında da əsəri çıxdıqdan sonra o, çar hökumətinin siyasi dustaqlar siyahısına düşmüşdür.İ.M.Seçenov uşaqlıqda çiçək xəstəliyinə tutulduğuna görə sifəti çopur olmuşdur. Seçenov gözəl bir italyan qızına bənd olmuş və ona eşq elan etmişdi. Seçenovun dissertasiyası belə adlanırdı: «Gələcək fizioloqlar üçün alkoqoldan keflənməyə aid materiallar.»

    Məşhur fransız riyaziyyatçısı və mütəfəkkiri Dalamber «Musiqinin nəzəri və təcrübi əsasları» əsərini yazmış və ədəbi-bədii yaradıcılıq ilə də məşğul olmuşdur.
    Peterburq alimi, dahi riyaziyyatçı L.Eyler musiqi nəzəriyyəsinə dair yaxşı bir elmi əsərin müəllifidir.

    Polşa alimi, heliosentrik sistem ideyasının müəllifi astronom N.Kopernik eyni zamanda naqqaş-rəssam olmuşdur. Uran planetini, onun peykini və Saturnun iki peykini kəşf etmiş məşhur ingilis astronomu və optiki Herşel gözəl musiqiçidir.
    Rus xalqının mahir riyaziyyatçı qadını S. Kovolevskayanın şeirləri və orijinal dramaturji fəaliyyəti diqqətə layiqdir.
    Tanınmış rus rəssamı V.Q.Perov həm də yazıçı olmuşdur. Onun Moskva həyatından bəhs edən hekayələri mətbuatda dəfələrlə dərc olunmuşdur.

    Tarixdə məşhur bəstəkar kimi qalmış dahi şəxslərin bir çoxunun valideynləri vaxtilə onları bir başqa sənətin sahibi etmək istəyirmişlər.Məsələn; Berlioz - həkim, Kyüi - mühəndis, Dvorjak – qəssab, Rimski-Korsakov - dənizçi, Şumon və Çaykovski - hüquqşünas, Vaqner - filosof, Üzeyir Hacıbəyov və Müslüm Maqomayev - müəllim olmalı imişlər.

    Mənbə Əslində onlar kimdir? Kitabından
    Müəllif İlyas Həsənov,Ellada Həziyeva

    Read more
  • Bürclər və məhəbbət

    QOÇ

    Qoç bürcü romantizmi dərinliklərdə yaşayır.Heç gözləmədiyiniz bir anda, sizə nə qədər cazibədar olduğunuzu söyləsə əsla çaşmayın! Qoç Bürcü kəsləri olduqca cazibədar və təsir edicidirlər.
    Üstəlik ona aşiq olmaq da bir o qədər asandır. Quruluşu etibarilə kiçik yaşlardan etibarən qarşı cinsə maraq duymağa başlarlar. Avtoritardırlar, istəklərini reallaşdırmaq üçün maneə tanımazlar. Sürprizlərlə dolu Qoç Bürcü, eyni zamanda olduqca cürətkardırlar. Qarşı tərəfi, ovlanması lazım olan bir ov olaraq görər. Aşiq olduğu zaman işlər dəyişər. Mükəmməl bir aşiq olar, əlaqələrinə dəyər verər, romantizmi dolu dolu yaşadarlar. Hər nə qədər Qoç Bürcü insanı öz istəklərini və ehtiyaclarını ilk sıralara qoysa da bu tutumlarından və həyata müsbət baxışlarından təsirlənməmək qeyri-mümkündür. Bu bürcün qadınları, qürur və güc axtararlar amma bir az da itaətlilik gözləyərlər; çünki üstlərində hakimiyyət qurulmağa işindən xoşlanmazlar. 

    BUĞA

    Buğa bürcü güvəndiyi zaman romantik bir aşiqə çevrilir
    Buğa bürcü insanı üçün eşq və cinsilik, həyatın əhəmiyyətli bir parçasıdır. Amma bu, onların tez aşiq olduqlarını gğstərməz. Əksinə çətin aşiq olarlar. Müddət onlar üçün heç əhəmiyyətli deyil.O, sizi həyatının qadını olaraq görmüşsə sonuna qədər israrçı olacaq, əlaqə boyunca da sizin məmnun etmək üçün əlindən gələn hər şeyi edəcək. Birlikdəliyə başlama mövzusunda ağır və şübhəçi davranan Buğa, irəliləyən zamanlarda qarşısındakından əmin olduğu təqdirdə inanılmaz bir dəyişmə göstərəcək. O qərarsız və çətinlikli halının yerini romantik bir aşiqə buraxacaq.

    ƏKİZLƏR

    Əkizlər bürcü
    həm zehni baxımdan həm də fiziki baxımdan davamlı hərəkət halındadır.Əkizlər üçün məntiq çox əhəmiyyətlidir. Əlaqə inkişafdan əvvəl, məntiq bağının inkişafını istəyərlər. Çox romantiklik onlara başlanğıcda ağır gələ bilər. Bəzi şeyləri davamlı tarazlıqda tutmaq istəyərlər. Əkizlərin qapısını açmaq gücdür amma bir dəfə açıldımı göstərdikləri həssaslıq sizi çox çaşdıra bilər.Əlaqələri həyəcan vericidir. Bir çox insan, onlarla vaxt keçirməkdən çox xoşlanar. Lazım olduğunda cazibədar olmağı və bu cazibədarlıqlarını istifadə etməni yaxşı bilərlər. Əgər bu bürcdən biriylə birlikdə olacaqsınızsa, dəyişən bir ruh halına da özünüzü hazırlamalısınız. Ümumiyyətlə maraqsız, çatılmaz və çətin görünərlər. Bu vəziyyətdə nəyin səhv getdiyini düşünər dayanarsınız. Əslində buna çox ilişməyin; çünki qısa bir müddət sonra köhnə nəzakətli və əyləncəli halına geri dönəcək. Əkizlər, hərəkəti və dəyişikliyi sevər. Bu səbəblə bir adama bağlanmaq, onlar üçün çox gücdür. Birdən çox adamı idarə etmək isə tam onlara görədir. Üstəlik bu planları edərkən qarşı tərəfə bir şey sezdirməyəcək qədər də qabiliyyətlidirlər.

    XƏRÇƏNG

    Xərçənglər sevgi dolu, şəfqətli, eyni zamanda ehtiraslı!
    Xərçəng Bürcü çox romantik və aşiq olduqları zaman hadisələrə diqqətlə yaxınlaşan kəslərdir. Qırılmaqdan çox qorxarlar; bu səbəblə partnyoruna ürəklərinin qapılarını açmaqda çətinlik çəkirlər,ondan əmin olmaq istəyərlər. Əlaqəyə bir dəfə başladımı, bunun uzun davamlı bir birlik olmasını istəyərlər. Xərçəng dərhal hərəkətə keçməz, çünki qarşılıq görəcəyindən əmin olmaq istər. Bu səbəblə onları passiv aşiqlər olaraq görə bilərik.

    ŞİR

    Şir, qarşı cins üçün çox cazibədar və cəmiyyət içində özlərini müəyyən edən insanlardır!
    Romantik və asan aşiq olan bu kəslər, başlanğıcda partnerini əzməkdən bir az xoşlanar. Bu vəziyyət qarşı tərəfə ağır gələ bilər. Əlaqə irəlilədikdən sonra özlərinə qarşı tərəfə təslim edərlər və ehtiraslı bir aşiqə çevrilərlər.Şir Bürcü üzvləri, qarşı cins üçün çox cazibədar insanlardır.Əlaqədə suverenliyin özlərində olmasını istəyərlər. İlk addımı atmaqdan heç çəkinməzlər. Cazibədar və karizmatiktirler. Qarşısındakını xüsusi hiss etdirərlər. Cinsi baxımdan sıx yaşadıqları duyğularını çətin idarə edərlər.Bu bürcün insanları mümkün olduğu qədər iş xarici bütün zamanlarını həyat yoldaşı ilə birgə keçirmək istəyərlər. Şir Bürcü bütün dünyanın öz ətrafında döndüyünü düşünər, bir müddət sonra qarşısındakını da, itirmək üzrə olduğu bir oyunun ikinci yarısında rol aldığını görməyə başlaya bilər.

    QIZ

    Qızlar saf və təmiz aşiqlər!
    Qız Bürcündə təbiətinlər şən və təvazökar rəftarlarıyla diqqət çəkərlər. Romantik baxımdan özlərinə çox güvənərlər. Eşq həyatları üçün xəyallarında çəkdikləri biri vardır və o xüsusi insanı tapana qədər gözləyərlər. Bu xüsusi adam ilə qarşılaşdıqdan sonra isə özlərini ona həsr edərlər. Bu vəziyyətdə göstərdikləri səy və səbirli rəftarı sizi belə çaşdıra bilər. Qız bürcü aşiq olduğu zaman başlanğıcda fiziki baxımdan partnyoruna qarşı bir az qatı davrana bilər.

    TƏRƏZİ

    Tərəzilərlə buludların üstünə çıxmağa hazır olun!
    Doğru partnyoru tapdıqları zaman, həyat onlar üçün məna qazanar və hər şey toz çəhrayı görünər. Qarşısındakından gözlənilməz bir davranış görsə xəyal qırıqlığına uğrayar, bu da yaşadığı həyəcanın bütün sehrini pozar. Tərəzi hər vaxt sonsuz eşqini verməyə hazırdır. Bir Tərəzini tanımaq həqiqətən əyləncəli bir təcrübədir. Özünüzü onun yanında rahat hiss edərsiniz. Şam işığında bir yemək və xoş bir söhbət, onun ürəyini qazanmağı təmin edə bilər. Dinləməyi və partnyorunu yaxşı hiss etdirməyi bilərlər. Başlarına birini qoyduqları zaman çox cazibədar ola bilərlər. Şəndirlər və partnyorlarına dəyər verərlər

    ƏQRƏB

    Əqrəblər üçün ya həmişə ya heç… qərarlı aşiqlər!
    Bir çox Əqrəb, dolu dolu bir eşq yaşamaq istər. Duyğularını, arzuları başqalarıyla paylaşmaqdan zövq alarlar. Onun gözlərinə bir dəfə tutulduğunuzda bir daha ayıra bilməzsiniz. Güclü bir təsirləri vardır; bu təsirdən özünüzü asan asan ala bilməzsiniz. İstədikləri zaman bəyəndikləri adamın könülünü oğurlamağı bacararlar. Əqrəb üzvləri seksual baxımdan özlərini çox yüksək səviyyədə görərlər.Partneri ilə birlikdə çölə çıxmaqdan böyük zövq alarlar. İctimai və əyləncəlidirlər.Müdhiş sevgilidirlər. Qadağan olmadan eşqlərini yaşayarlar. Fırtına kimidirlər, sarsılar lakin normala dönmələri də çox zaman almaz.Sevinclərini də kədərlərini də sıx yaşayarlar bu səbəblə; bir Əqrəblə bərabərsinizsə mütləq səbirli olmalısınız.

    OXATAN

    Oxatanın müdhiş cazibələri var.
    Cəsur oxatanlar ətraflarına enerji və həyəcan saçarlar. Ürək məsələlərinə gəlincə; oxatan, özünü eşqinə həsr edər və düşüncələrini açıqca ifadə etməkdə heç çətinlik çəkməz. Cəsur və eşqbazdır. Bəyəndiyini əldə edənə qədər məşğul olar, bundan da zövq alar. Əlaqə yerinə oturduqdan sonra duyğularını saxlamaq onlar üçün olduqca çətindir. Qəti olan bir şey vardır; əgər partnyorunuz sa oxatandırsa həyatınız əsla sıravi olmayacağıdır. İstiqanlı, qızdırmalı və romantikdir; eşqbazlıq, təbiətində vardır. Müdhiş cazibəsindən təsirlənib dəvətini qəbul etmənizin çox uzun sürməyəcəyinə əmin ola bilərsiniz.

    OĞLAQ

    Oğlaqlar
    , güvənə söykənən bir əlaqələri olduğuna inansalar ehtiraslı və yaxşı bir sevimli olarlar!
    Duyğularını bir müddət idarə altında tutmağa çalışarlar. Bu səbəblə romantizmin meydana gəlməsi zaman alar. Partnyoruna hər keçən gün daha da aşiq olarlar, bu vaxt ona olan etibarları artar. Əlaqənin hər baxımdan dadını çıxardarlar. Bəyəndikləri adama yoldaşlıq təklif etmədən əvvəl, başlarında xüsusi bir danışma hazırlayarlar. Əgər duyğularında ciddilərsə, yaxşı bir təsir buraxmaq üçün romantik bir yemək yeyə biləcəyiniz lüks bir restorana dəvət edərələr. Oğlaqların rahatlamaq üçün gözəl sözlər eşitməyə ehtiyacı vardır. Güvənə söykənən bir əlaqələri olduğuna inansalar da ehtiraslı və dünya yaxşısı bir sevimli olarlar. Çox tutumludurlar; çox pul xərcləməyi bədxərclik olaraq görərlər. Əlaqədə sabitlik və mərhəmətə əhəmiyyət verərlər. Olan bitənlərin başqaları tərəfindən bilinməsindən heç xoşlanmazlar.

    DOLÇA

    Dolçanın özünə xüsusi bir ehtirası vardır!
    Dolçalar, gərəksiz səmimiyyətlərdən xoşlanmayan kəslərdir. Xarici görünüş çox veclərinə olmaz. Onlar ancaq zəkalarını ələ keçirən insanların arxasından ayrılmazlar. Möhkəm dostluqlar qurmaq istər amma ünsiyyət qorxusuyla özlərini geri çəkərlər. Səmimiyyət qurmaq isdəsələrdə başlanğıcda tək olmağa ehtiyacları vardır. Bu, onlar üçün gerçək bir xəyal qırıqlığı yaşada bilər.Dolça Bürcü insanlarında güclü bir maqnetik çəkiliş vardır. Bu, onların ən izdihamlı mühitdə belə fərq edilmələrini təmin edər. Ağıllıdırlar, əvvəl düşüncələrində eşqbazlıq edərlər. Duyğularını ortaya qoymaqda çətinliklər yaşar. Dolçanın özünə xas bir ehtirası vardır, bu, onu daha da cazibədar edər.Dolça Bürcü insanı, həyatını biriylə paylaşma həyəcanı içində deyil. Anlayış axtararlar.

    BALIQLAR

    Duyduqları sevgiylə bəzən kor olar və partnyorlarının səhvlərini görməzlər. Eşqi tapana qədər bir çox dəfə, qurduqları xəyallar duzla buz olar amma Balıqlar gerçək sevgilini axtarmaqdan heç imtina etməzlər. Aşa bilmədiklərini ürək qırıqlıqlarına baxmayaraq, hər yeni eşqə ümid dolu başlarlar. Partnyorunu yavaş yavaş kəşf edərkən, ürəklərində yaranan bu xoş qarışığın dadını çıxardarlar. Başdan çıxarıcı bir mühit və sehr yaratmağı sevərlər. Xüsusi günləri, yuxu kimi bir yemək və çox xoş bir hədiyyə ilə qeyd edərlər. Bu eşqin zərərli bir tərəfi də vardır. Qısa müddətdə sevgililərinə bağlanarlar və bu, əlaqədə zərərli bir təsir yarada bilər. Ancaq doğru insanla, özlərinə olan güvən və xoşbəxtlikləri daha da arta bilər.

    Read more

Latest Articles

  • Azərbaycanda əmək bazarının təhlili - 2020
    Azərbaycanda əmək bazarının təhlili - 2020
    Ölkəmizdə ən çox hansı sahələrdə iş elanları qoyulur və trendlər hansıdır? Suala daha düzgün, dəqiq cavab...
  • Qazan kotleti resepti
    Qazan kotletiüçün ərzaqlar: 500 q çəkilmiş ət 3 ədəd baş soğan 4-5 ədəd kartof 2 ədəd şirin bibər 3...
  • Allahın adlari
    1. ALLAH — bütün gözəl sifətləri özündə ehtiva edən2. ƏL-VAHID — yeganə3. ƏL-ƏHƏD —...
  • Arıqlamağın yollari
    Arıqlamağın yollari
    Arıqlamaq məqsədilə tətbiq edilən və müsbət nəticə ilə yekunlaşan bütün proqramlarda 2 əsas qanunauyğunluq...
  • Dahi insanların ikinci sənəti
    Dahi insanların ikinci sənəti
    Böyük fantastika yazıçısı Jül Vern eyni zamanda 4000-ə qədər müxtəlif tapmaca, bilməcə və başqa...

Most Popular

  • “Əxlaqi dəyərləri yüksək qadınam”
    “Əxlaqi dəyərləri yüksək qadınam”
    Türkiyəli sənətçi Aşkın Nur Yengi İnstaqram səhifəsində sərt fikirlər yazıb. Axşam.az saytı onun fikirlərini...
  • Allahın adlari
    1. ALLAH — bütün gözəl sifətləri özündə ehtiva edən2. ƏL-VAHID — yeganə3. ƏL-ƏHƏD —...
  • Qazan kotleti resepti
    Qazan kotletiüçün ərzaqlar: 500 q çəkilmiş ət 3 ədəd baş soğan 4-5 ədəd kartof 2 ədəd şirin bibər 3...