Bakıda tutulan “general” “polkovnik” satıb - MENYUDA BAŞQA RÜTBƏLƏR DƏ VAR

60 Views
Published
Bakıda dələduzluqla məşğul olan saxta general tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) APA TV-yə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının əməliyyatı nəticəsində dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.

Əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Firdovsi Ələkbərov general forması ilə gəzib. Bu rütbənin ona İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) təşkilat tərəfindən verildiyini deyərək, özünü Paris Departamentinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib və insanları buna inandırıb. Həmin adamları təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyib.

Bu üsulla F.Ələkbərov zərərçəkənlər İ.Ağayevdən 24 976 manat, T.Musayevdən 3000 manat və E.Axundzadədən 6000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Əvəzində isə zərərçəkmiş şəxslərə həmin təşkilatın adından qanunsuz hazırlanmış saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər satıb.

F.Ələkbərovun Nəsimi rayonunda yerləşən ofisinə baxış zamanı təşkilatın adından qanunsuz hazırlanmış özünə aid saxta diplomatik pasport, saxta xidməti vəsiqə, müxtəlif saxta sənədlər, iki dəst general forması və digər maddi sübutlar aşkar edilərək götürülüb. Qeyd edək ki, F.Ələkbərov zərərçəkənlərdə inam yaratmaq məqsədi ilə müxtəlif sosial şəbəkələrdə səhifələr yaradaraq general formasında şəkillərini də paylaşıb.

Faktla bağlı Baş İdarədə F.Ələkbərov barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 320.1 (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda F.Ələkbərovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar BMCMİ-ə müraciət edə bilərlər.


Rəsmi saytımız
https://www.apa.tv

APA TV onlayn xəbər agentliyinin rəsmi YouTube kanalı
https://www.youtube.com/APATVOfficial

Facebook səhifəmiz
https://www.facebook.com/tvapaxeber

İnstagram səhifəmiz
https://www.instagram.com/apatvofficial_

Twitter səhifəmiz
https://twitter.com/APATVRESMI


Video Adı: Bakıda tutulan “general” “polkovnik” satıb - MENYUDA BAŞQA RÜTBƏLƏR DƏ VAR
Video Link: https://youtu.be/a1BijSZ233E

apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2019 son xeberler 2019 son xeberler bugun 2019 yeni xeberler 2019 en son xeberler 2019 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberin yox xeberler 2019 xeberin olsun xeber var xeber az xeber movqeyi xeberler 2019 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2019 yeni xeberler azerbaycan

#apatv #apaaz #apaxeber #apasonxeber #xeberler
Be the first to comment