Hoşgeldiniz
Giriş / Qeydiyyatdan keç

Fərid Cəfərov: Gənclərə daimi iş tapmağa kömək edəcəyik

5
Reklm bğlanacağı müddət 1

Teşekkürler! Arkadaşlarınıza da önerin!

URL

Bu videoyu beğenmediniz. Dikkate alacağız!

Sorry, only registred users can create playlists.
URL


Ekleme Tarihi by Admin - Bölmələr:
28 İzlenme

Açıklama

Fərid Cəfərov: Gənclərə daimi iş tapmağa kömək edəcəyik

Gənclər Fondu işə düzəlməklə bağlı çətinlikləri aradan qaldıracaq.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.

O bildirib ki, bu məsələ ilə bağlı proqramın məqsədi iş və əmək təcrübəsi olmayan gənclərə daimi iş tapmaq imkanı yaratmaqdır:

“Bu proqrama regionlarda və paytaxtda 18-29 yaş qruplarında olan orta-ixtisas və ali təhsil müəssisələrinin məzunları müraciət edə bilər. Bu, xüsusi bir layihədir. Proqram çərçivəsində cəlb olunacaq gənclərin əməkhaqlarının bir qismi fond tərəfindən qismən maliyyələşdiriləcək.

Gənclərlə minimum bir il müddətinə müqavilələrin imzalanması nəzərdə tutulur. Vakansiyalardan asılı olaraq müəyyən şərtlər, tələblər irəli sürüləcək. Müraciətlər fondun rəsmi səhifəsində onlayn qaydada həyata keçiriləcək. Proqramın əsas məqsədi əmək bazarında yeni iş yerlərinin yaradılmasıdır”.

F.Cəfərov onu da əlavə edib ki, gənclərin məşğulluğunun təmin edilməsi çərçivəsində müəyyən monitorinqlər həyata keçiriləcək və nəzarət olacaq. İlkin mərhələdə proqram çərçivəsində özəl sektordan 70-80 vakansiya verilib:

“İlkin mərhələdə regionlarda və paytaxtda özəl sektorda fəaliyyət göstərən şirkətlər tərəfindən 70-80 vakansiya verilib. Təbii ki, vakansiyalar kifayət qədər genişləndiriləcək. Şirkət sahibləri yeni açılan vakansiyalarını da Gənclər Fondunun bu proqramı vasitəsilə təmin edə bilərlər”.

Gənclərin beynəlxalq təşkilatlarda təcrübə keçməsinə dair daha bir proqramın hazırlandığını deyən F.Cəfərov bu il 15 gəncin təcrübəyə göndəriləcəyini bildirib:

“Ötən il bu istiqamətdə proqramlarımız olub. Bu il may-iyun aylarında Avropa Parlamentində (Brüsseldə) 15 gəncin təcrübə keçməsi gözlənilir. İl ərzində çalışacağıq ki, ikinci, üçüncü proqramı da həyata keçirək.

Prezidentin tapşırığı ilə ötən il 237 gəncin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən ödənilib. Bu il bu rəqəmin bir qədər artıq olması gözlənilir. İyun ayından iyul ayının sonlarına qədər sənəd qəbulu aparılacaq, avqust ayında isə yekun nəticələr elan olunacaq”.

https://oxu.az/society/307677

---
Baku.tv 2018-ci ilin fevral ayında yaranıb.

Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.

Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.

Facebookda səhifəmiz: https://www.facebook.com/www.baku.tv/
https://baku.tv

Yorum Yazın

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu siz yapın.

RSS