“Flyex” Türkiyədən həftədə 2 dəfə olmaqla məhsulların daşınmasını həyata keçirir. Sifariş etdiyiniz məhsullar Bakı ofisimizə daxil olduqdan bir neçə saat sonra təhvil verilməyə başlanılır.
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fiziki şəxslər ay ərzində kommersiya məqsədi olmadan, daşınma haqqı da daxil olmaqla 300 (üç yüz) ABŞ dolları məbləğində rüsumsuz limitdən istifadə edə bilərlər.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin qanunvericiliyinə uyğun olaraq məhdudlaşdırılmış və qadağan edilmiş mallar istisna olmaqla hər bir məhsulu rahatlıqla sifariş edə bilərsiniz.
Bəli, Türkiyənin müxtəlif onlayn mağazalarından sifariş edilən istənilən maye məhsulu (ətir, şampun, saç kremləri, kosmetika məhsulları və s.) qapınıza qədər gətiririk.
Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi 60C, N.Nərimanov metrosu yaxınlığı
Sifarişlərin qəbulu, sorğuların cavablandırılması gün ərzində 09:00 - 18:00 aralığında həyata keçirilir. Bağlamalar isə həftə içi hər gün saat 10:00-18:00 arasında sifarişçilərə təhvil verilir.
Sizin bağlamanız Türkiyə və Bakı anbarımızın hər birində maksimum 15 gün müddətində saxlanılır. Daha sonra isə bağlamanın saxlanıldığı hər gün üçün əlavə 1 AZN ödəmək məcburiyyətindəsiniz. Bağlamanızı 45 gün ərzində götürməsəniz, bu zaman bağlamanızı təhvil ala bilməyəcəksiniz.
Sifariş etdiyiniz bağlamanı təhvil almaq üçün şəxsiyyətinizi təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, tələbə bileti, sürücülük vəsiqəsi və s.) özü və ya surəti tələb olunur.
Çatdırılma müddəti sifariş verdiyiniz Türkiyədəki onlayn mağazadan asılıdır. Çatdırılma müddəti adətən 7-10 gün olur. Həftəsonu və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Türkiyədəki mağaza sifarişinizi “Flyex” Türkiyə anbarına çatdırdıqdan sonra ən gec 7-10 gün sonra bağlamanız Bakıda olur.
Sifariş etdiyiniz bağlamaların çatdırılma haqqı müəyyən olunmuş tariflər əsasında çəki və həcmə görə hesablanır.