Gəncədə şəhid polislər anılıb

22 Views
Published
Gəncədə 2018-ci ildə baş vermiş iyul hadisələri zamanı şəhid olmuş polis əməkdaşlarının anım mərasimi keçirilib.

APA TV-nin qərb bürosunun məlumatına görə, mərasimdə Daxili İşlər Nazirliyinin yüksək çinli zabitləri, Gəncənin icra başçısı Niyazi Bayramov, şəhid polislərin ailə üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhid polislərin məzarı üzərinə əklil və gül dəstələri qoyulub, yaxınlarına başsağlığı verilib.

Xatırladaq ki, 2018-ci il iyul ayının 3-də Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı silahlı qəsd hadisəsindən sonra, iyul ayının 10-da şəhər meydanında baş vermiş iğtişaş zamanı polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov qətlə yetiriliblər.
Hər iki polis əməkdaşı Gəncədəki Şəhidlər Xiyabanında dəfn olunub



Rəsmi saytımız http://apa.tv/

APA.TV onlayn xəbər agentliyinin rəsmi YouTube kanalı
https://www.youtube.com/user/APATVOfficial/

Facebook səhifəmiz
https://www.facebook.com/tvapaxeber/

İnstagram səhifəmiz
https://www.instagram.com/apatvofficial_/
Be the first to comment