Prezidentdən Əhaliyə ŞAD XƏBƏR - 13.4 Milyon Manat; Ordumuzun əsgəri ŞƏHİD Oldu

131 Views
Published
Meydan TV-nin sabiq rəhbəri, siyasi fəal Emin Milli AXCP sədrinin keçmiş müavini, ailə üzvlərinə fiziki təzyiqə görə bu günlərdə gündəmin əsas müzakirə obyektinə çevrilən Fuad Qəhrəmanlı barədə status yazıb.
Publika.az xəbər verir ki, E.Milli öncə "biz kimlərlə və nə uğrunda mübarizə aparırıq? Strategiyamız nədir?" deyə sual edib, ardınca F.Qəhrəmanlı olayına belə şərh verib: "Həyat yoldaşını və öz qızını illərlə döyən, sümüklərini sındıran siyasətçi həbs olunmalıdır. Bunu bilib və belə siyasətçini müavin kimi saxlayan "demokrat" siyasətçi istefa verməlidir, əgər aparılan mübarizə demokratiya və azadlıq dəyərləri uğrundadırsa. Yalnız Fuad bəyin istefası ilə kifayətlənənləri isə anlaya bilmirəm. Nə uğrunda mübarizə aparırsız? Siz AXCP üzvlərinin, Əli Kərimlinin, onun müavinlərinin bu hadisəyə reaksiyalarını oxuyursuz?
REAL TV-nin rəhbəri Mir Şahin Ağayev efirdə çağırış edib.
O, müğənni Fədayə Laçınla bağlı müraciət edib.
Mir Şahin dövlətdən müğənnini bağışlamağı istəyib: "Azərbaycanda özünü siyasi məhbus adlandıranlar fonunda öz sevgi dustağını sakit-sakit çəkən Fədayə Laçın ağlıma gəldi. İyun terrorunda dövlətə xəyanət edənlərin bəzilərini bağışladıq, bəlkə Fədayəni də sədaqətinə bağışlayaq?"
Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Prezident İlham Əliyev Quba rayonunun Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,4 milyon (on üç milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Be the first to comment