Qəbələdə “Yeni islahatlar: İnkişafın iqtisadi-sosial hədəfləri” adlı konfrans keçirilib

86 Views
Published
Respublika Ağsaqqallar Şurasının, Qəbələ rayon İcra Hakimiyyətinin və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Qafqaz Resorte” otelində “Prezident İlham Əliyevin yeni islahatları: Davamlı inkişafın iqtisadi-sosial hədəfləri” mövzusunda regional konfrans keçirilib.

APA TV-nin yerli bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda respublikanın 15 şəhər və rayonundan ağsaqqallar və gənclər iştirak edib.

Tədbirdə çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli ideologiyanın həyata keçirilməsi üçün gənclərlə müntəzəm görüşlər təşkil olunduğunu, onlarla vətənpərvərlik mövzusunda söhbətlər aparıldığını bildirib. O, ağsaqqalların keçdiyi şərəfli həyat yolundan nümunələr göstərib. Millət vəkili Azərbaycan xalqının ağsaqqal sözünü daima uca tutduğunu və onların ətrafında sıx birləşdiyini bildirib.

Daha sonra konfransda Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Milli Məclisin komitə sədri, akademik, Respublika Ağsaqqallar Şurasının sədr müavini Əhliman Əmiraslanov, AMEA-nın müxbir üzvü, Respublika Ağsaqqallar Şurasının sədr müavini Sudeyif İmamverdiyev çıxış ediblər. Natiqlər qeyd edib ki, Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması ulu öndər Heydər Əliyevin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bildirilib ki, ötən 16 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət alıb, yeni islahatlar nəticəsində bütün sahələr inkişaf etdirilərək uğur əldə olunub.

Konfransda Azərbaycan vətəndaşının sosial-rifah halının yaxşılaşması üçün görülən işlərdən, ölkəmizdə pensiya və əmək haqlarının artırılması, səhiyyənin, təhsilin, sahibkarlığın, sənayenin, yol infrastrukturunun, turizmin, bütövlükdə regionların sosial-iqtisadi inkişafı istiqamətində aparılan islahatlardan danışılıb və əldə edilən uğurların göstəriciləri barədə faktlar səsləndirilib.


Rəsmi saytımız
https://www.apa.tv

APA TV onlayn xəbər agentliyinin rəsmi YouTube kanalı
https://www.youtube.com/APATVOfficial

Facebook səhifəmiz
https://www.facebook.com/tvapaxeber

İnstagram səhifəmiz
https://www.instagram.com/apatvofficial_

Twitter səhifəmiz
https://twitter.com/APATVRESMI


Video Adı: Qəbələdə “Yeni islahatlar: İnkişafın iqtisadi-sosial hədəfləri” adlı konfrans keçirilib
Video Link: https://youtu.be/fDJvWmNfRaQ

apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2019 son xeberler 2019 son xeberler bugun 2019 yeni xeberler 2019 en son xeberler 2019 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberin yox xeberler 2019 xeberin olsun xeber var xeber az xeber movqeyi xeberler 2019 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2019 yeni xeberler azerbaycan

#apatv #apaaz #apaxeber #apasonxeber #xeberler
Be the first to comment