Hoşgeldiniz
Giriş / Qeydiyyatdan keç

SON DƏQİQƏ! əhaliyə ŞAD XƏBƏR; Nazirlikdən CİDDİ XƏBƏRDARLIQ; Prezdent YENİ Fərman...

5
Reklm bğlanacağı müddət 1

Teşekkürler! Arkadaşlarınıza da önerin!

URL

Bu videoyu beğenmediniz. Dikkate alacağız!

Sorry, only registred users can create playlists.
URL


Ekleme Tarihi by farid - Bölmələr:
390 İzlenme

Açıklama

Videonu Bəyənib ????, Kanala Abunə Olmağı Unutmayın ????: https://www.youtube.com/channel/UCqURbzyKS2kiZ1ha1xxxV0A
-
Prezident İlham Əliyev “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
"Bakı Metropoliteni"nin "Bənövşəyi xətt" üzrə tikilməkdə olan, şərti olaraq "B3" adlandırılan stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur".
Sonxeber.az "report"a istinadla xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

H.Məmmədovun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri davam etdirilir.
"B3" metro stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.
Qeyd edək ki, "Bakı Metropoliteni"nin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. "Bakı Metropoliteni" Xətlərinin Konseptual İnkişaf sxeminə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma rejimin Fransanın ayrı-ayrı şəhər və qəsəbə bələdiyyələri ilə imzaladığı “dostluq xartiyaları” məhkəmə qərarları ilə ləğv edilir.

Publika.az xəbər verir ki, Fransada fəaliyyət göstərən erməni saytı “armenews.com” yazır ki, Qrenobl şəhər inzibati məhkəməsi daha 4 belə “sənəd”in ləğv edilməsi barədə qərar çıxarıb.

Bu, cari ilin mayın 29-da Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin qəbul etdiyi birinci qərarın məntiqi davamıdır.Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edir.
Bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Qəbələdə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyib.
Z.Həsənov bildirib ki, tədbirin əsas mövzularından biri Azərbaycan və Türkiyə arasında baş tutan hərbi təlimlər olub. O, qeyd edib ki, hər iki ölkə bu təlimlərə Gürcüstanı da dəvət edir:
Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan – Slovakiya oyunundan sonra “Bakcell Arena”da AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.
Publika.az AFFA-nın rəsmi saytına istinadən xəbər verirki, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.
Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov yeni vəzifəyə təyinat alıb.
Sonxeber.az xəbər verir ki, redaktor.az öz mənbələrinə istinadən xəbər verir ki, sabiq nazir Milli Aviasiya Akademiyasında Dünya İqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunub.

Səlim Müslümov məlumatı Redaktor.az-a təsdiq edib.
Professor Səlim Müslümova elmi-pedaqoli fəaliyyətində uğurlar arzulayırıq.
Almaniyada mühacir həyatı yaşayan videobloger Tural Sadıqlı sosial şəbəkədəki paylaşımında tanınmış aparıcı və prodüser Tarix Əliyevin (Tolik) ünvanına xoşagəlməz fikirlər səsləndirib.
O, Tolik haqda "cinsiyyəti bəlli olmayan insan" ifadəsini dilə gətirərək, onun apardığı "Hər şey daxil" verilişini bayağı və lazımsız adlandırıb.

Məsələylə bağlı Tarix Əliyev open.az-a açıqlama verib: "Mən Turalın neçə yaşının olduğunu bilmirəm. Onun neçə ildir xaricdə olduğunu da bilmirəm. Çünki Turalla heç maraqlanmıram. Ölkəsini satan, millətini satan, anasına-bacısına və namusuna yiyə dura bilməyən insan mənim haqqımda deyir ki, cinsiyyəti bəlli deyil. 
Prezident İlham Əliyev Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövl

Yorum Yazın

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu siz yapın.

RSS