Hoşgeldiniz
Giriş / Qeydiyyatdan keç

SON DƏQİQƏ!_15.05.2019 - TƏCİLİ XƏBƏRLƏR !

5
Reklm bğlanacağı müddət 1

Teşekkürler! Arkadaşlarınıza da önerin!

URL

Bu videoyu beğenmediniz. Dikkate alacağız!

Sorry, only registred users can create playlists.
URL


Ekleme Tarihi by farid - Bölmələr:
611 İzlenme

Açıklama

Videonu Bəyənib ????, Kanala Abunə Olmağı Unutmayın ????: https://www.youtube.com/channel/UCqURbzyKS2kiZ1ha1xxxV0A
-
Martın 1-dən minimum əmək haqqı 50 manat 180 manata çatdırılıb
Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% artaraq 1 580,8 min nəfər olub.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bunlardan 896,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 684,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,2%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,4%i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,9%-i tikinti, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 12,3%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5% artaraq 577,6 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Xatırladaq ki, martın 1-dən Azərbaycanda minimum əmək haqqı 50 manat və yaxud 38,5% artırılaraq 180 manata çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Müdafiə Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, təlimin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.

Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunacaq.
Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək.
Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq.
Bu günə qədər 506 min nəfərə problemli kreditlərlə bağlı kompensasiya ödənilib. Prosesin bu ayın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. Problemli kreditlərlə bağlı kompensasiyaların 84 faizi ödənilib.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə rəisi Orxan İsmayılov deyib.

O deyib ki, bu qəbildən olan kreditlərin həlli ilə bağlı fərmanın icrası qrafikə uyğun davam edir. Fərmana əsasən, 602 min 347 nəfərə kompensasiya ödənişinin verilməsi nəzərdə tutulmuşdu. Artıq 243 min nəfərin kompensasiyası ödəniş müddəti keçmiş kreditlərin azaldılmasına yönəlib. 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub.
Elmar Məmmədyarov erməni jurnalistinə doğru irad bildirib, düzgün sual verib ki, Ermənistan Qarabağı işğal etməklə nə qazanıb?!
Sonxeber.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli qeyd edib.

O, ötən gün Azərbaycan XİN baçısı Elmar Məmmədyarovun erməni jurnalistinə verdiyi sualla bağlı bir sıra məqamlara diqqət çəkib:
"Əgər Ermənistan Rusiyanın oyununa gəlib işğalçı siyasətə başlamasaydı, bu gün neft-qaz kəmərləri Ermənistandan keçəcəkdi, onlar daha varlı, Rusiyanın altında olmayan dövlət olacaqdılar. Ermənilər işğalçılıq etməsəydilər, indi bütün Cənubi Qafqaz AB və NATO üzvü idi.
Vergilər Nazirliyinin səlahiyyəti artırılıb.
Sonxeber.az unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dini etiqad azadlığı haqqında" qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" qanunun tətbiq edilməsi haqqında" fərmanda dəyişiklik edib.

Qanunvericiliyə əsasən, nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir.
Prezident İlham Əliyev Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Publika.az-ın xəbərinə görə, sərəncamda deyilir ki, altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaş

Yorum Yazın

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu siz yapın.

RSS