Hoşgeldiniz
Giriş / Qeydiyyatdan keç

SON DƏQİQƏ!_17.05.2019 - TƏCİLİ XƏBƏRLƏR !

5
Reklm bğlanacağı müddət 1

Teşekkürler! Arkadaşlarınıza da önerin!

URL

Bu videoyu beğenmediniz. Dikkate alacağız!

Sorry, only registred users can create playlists.
URL


Ekleme Tarihi by farid - Bölmələr:
181 İzlenme

Açıklama

Videonu Bəyənib ????, Kanala Abunə Olmağı Unutmayın ????: https://www.youtube.com/channel/UCqURbzyKS2kiZ1ha1xxxV0A
-
Biz xalqa nə qədər “can” desək də, onlar bizə “azar” deyəcək. Amma xalqımız bilməlidir ki, onları yoldan çıxaran müxalifət bizi gözdən salır.
Oxu.Az-ın xəbərinə görə, bunu deputat Tahir Kərimli parlamentdəki çıxışında deyib.
Millət vəkili xatırladıb ki, Şuşa işğal olunanda, az qala hamı intihar həddinə gəlmişdi: 

“Ancaq Paşinyan kimi əxlaqsız biri Şuşada nə cür hərəkət edir? Nə qədər buna dözməliyik?  Kim bizə torpağımızı almağa qoymur? Açıqlansın, bilək. Fransamı, Rusiyamı, masonmu qoymur?! Nə vaxta kimi bizi təhqir edəcəklər?
Ömür boyu atasına xain çıxan erməni bizə yanıq verir. Nə qədər səbr etməliyik? Allah bu səbri bizə verməsin. Hər sahədə bizi gözdən salmaq istəyirlər. Biz də müxalifət olmuşuq. Müxalifətçiliyi də kişi kimi edərlər, özgəsinin atına minməklə etməzlər. Bizi az təhqir edin. Biz də sizin kimi Vətəni, torpağı sevirik”.
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk DOST mərkəzində "Gümüşü Könüllü" proqramına start verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, proqram pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərzinin təmin olunmasına dəstək məqsədi daşıyır. Belə ki, proqram çərçivəsində yaşlı vətəndaşların 1 saylı DOST mərkəzində könüllü kimi fəaliyyətə cəlb edilmələrini nəzərdə tutur. Mərkəz gənclərlə yanaşı, yaşlı nəslin də könüllülük fəaliyyətinə imkan yaradır.

"Gümüşü Könüllü" proqramına qoşulmaq istəyən pensiyaçılar DOST mərkəzində (Yasamal r., İ.Qutqaşınlı küç. 86) müraciət formasını doldurmaqla və ya http://bit.ly/2LGsf80 linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Ziyafət Əsgərov deputatlara irad tutub.

Publika.az-ın xəbərinə görə, vitse-spiker deputatları qanun layihəsi və gündəlikdə müzakirə edilən məsələlər haqqında danışmağa dəvət edib. 
Z. Əsgərov bildirib ki, fürsətdən istifadə edib, gündəlikdə olan qanun layihələrindən kənara çıxmaq düzgün deyil:

“Neçə ilin deputatısınız, fikirlərinizi sosial şəbəkələrdə, mətbuatda çatdıra bilərsiniz. Milli Məclisdə isə qanun layihələrinə dəyişikliklər müzakirə olunmalıdır”.

Vitse-spikerin bu iradına komitə sədri Siyavuş Novruzov etiraz edib.

YAP icra katibinin müavini bildirib ki, elə sözlər var ki, deputatlar onu sosial şəbəkələrdə deyil, burada deməlidir

S.Novruzov söyləyib ki, ölkəmizin ərazi bütövlüyü ilə bağlı Brüsseldə aparılan danışıqlarda Azərbaycana təzyiqlər olur:Futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilləcəyini nəzərə alaraq, paytaxt metropoliteni oyunun keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə "Bakı Metropoliteni"QSC gücləndirilmiş iş rejimində çalışacaq.
QSC-dən Publika.az-a verilən məlumata görə, sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması nəzərdə tutulub.
Milli Məclisin (MM) mayın 17-də keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə edilib.
Oxu.Az-ın xəbərinə görə, adıçəkilən qanunun 17-ci (Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri) maddəsinə əlavə edilən 8-ci bənddə qeyd olunur ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği eyni hərəkətlərə görə müəyyən edilən məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq olunur.
Dövlət İmtahan Mərkəzi XI siniflər üzrə aprelin 7-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
DİM-dən Publika.az-a verilən məlumata görə, abituriyentlər iş nömrələrini 7727 qısa nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.
Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.
Qeyd edək ki, aprelin 7-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı verib.

Yorum Yazın

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu siz yapın.

RSS